Logo

Pandemiyadan zərər çəkən daha bir biznesə 147 milyon manat ÖDƏNİLİB


Azərbaycan İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 28 213 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 113 495  fərdi (mikro) sahibkar, cəmi 141 708 vergi ödəyicisi müraciət edib.

Nazirlikdən verilən məlumata görə, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 258 349  işçini əhatə edən 28 213 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.

İndiyədək təsdiq edilən müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 95,51 mln. manat, o cümlədən o cümlədən, 2-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 47,75 mln. manat təşkil edir. İyunun 3-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 23 532 vergi ödəyicisinə 202 903 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 86,35 mln. manat vəsaitin köçürülməsi təmin edilib. fed

Biznes,
06.06.2020 15:51 1769
Teqlər: