Logo

Azərbaycanda POS-terminalların sayı 20 faiz azalıb


Azərbaycanda POS-terminalların sayı aprel ayı ərzində 14 min 459 vahid və ya 20% azalaraq mayın 1-nə 56 min 668 ədəd təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir.

Məlumata əsasən, POS-terminalların 36 min 311 ədədi və ya 64%-i Bakıda, 20 min 357 ədədi və ya 36%-i isə regionlarda quraşdırılıb.

Hesabat ayında bankomatların sayında da azalma müşahidə olunub. Belə ki, ölkədə quraşdırılmış bankomatların sayı aprel ayı ərzində 41 ədəd və ya 1,5% azalıb.

Qeyd edək ki, ilin əvvli ilə müqayisədə bankomatların sayında 11 ədəd, POS-terminallar üzrə isə 10 min 800 ədəd azalma olub. (APA)

Sosium,
01.06.2020 15:12 508
Teqlər: