Logo

Azərbaycan- Rusiya sərhədində sıxlıq yaranıb


 Azərbaycan-Rusiya sərhəddindəki “Samur” gömrük-keçid məntəqəsində yük avtomobillərinin növbəsi yaranıb. Hazırda ərazidə 500 yük maşını qonşu ölkəyə keçmək üçün gözləyir. 

“Samur” gömrük-keçid məntəqəsindən “Qafqazinfo”ya verilən məlumata görə, yaranan növbələr mövsümi xarakter daşıyır:

“Hazırda gün ərzində 250-300 maşın Rusiyaya keçir və hər hansı texniki problem yoxdur”.

Bildirilib ki, əgər Rusiya tərəfi bu sayı artırsa, Azərbaycan tərəfi də bu sayı artıra bilər.

Nəqliyyat,
29.05.2020 16:43 1231
Teqlər: