Logo

Daşınmaz əmlakın icbari sığortası haqlarının yığımı 67%-dək artıb


Bu ilin yanvar-aprel aylarında daşınmaz əmlakın icbari sığortası, eləcə də daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta haqlarının yığımı ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 66,6% və 5,3% artıb.

“Report”un məlumatına görə, bunu AzTV-nin efirində yayımlanan "İqtisadiyyat xəbərləri" verlişində İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov bildirib.

Onun sözlərinə görə, daşınmaz əmlak üzrə sığorta şəhadətnamələrinin elektronlaşdırılması layihəsinin də bu ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır: “İcbari Sığorta Bürosu elektron informasiya sistemi vasitəsi ilə sığortalılara və sığorta şirkətlərinə elektron sığorta şəhadətnamələrini yaratmağa imkan verir. Koronavirus pandemiyası dövründə digər sahələrdə olduğu kimi, sığorta sahəsində də elektronlaşmanın nə qədər əhəmiyyətli olduğunu bir daha anlamış olduq”.

Əmlak,
28.05.2020 17:17 342
Teqlər: