Logo

G20 ölkələrinin ixrac-idxal əməliyyatları 3 illik minimumu yeniləyib


Bu ilin I rübündə koronavirus pandemiyasının təsiri ilə G20 ölkələrinin ixracatı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% azalaraq 3,45 trilyon ABŞ dollarına enib.

Bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) hesabatında bildirilib.

Məlumata görə, hesabat dövründə G20 ölkələrində idxalı isə 6,6% azalaraq 3,468 trilyon ABŞ dolları olub. Beləliklə də, analoji ölkələrin ixrac-idxal əməliyyatları 3 illik minimumu yeniləyib.

Qeyd edək ki, eyni dövrdə ixrac əməliyyatları ən çox azalan ölkələrin sıralamasında Səudiyyə Ərəbistanı (19,9%), Rusiya (14,2%), Böyük Britaniya (11,8%) ilk 3 sırada qərarlaşıb. G20 ölkələrinin idxal əməliyyatında isə ən çox azalma Böyük Britaniya (17,1%), Fransa (10,4%) və Cənubi Afrika Respublikasında (9,6%) qeydə alınıb.

Dünya,
28.05.2020 17:03 311
Teqlər: