Logo

Gürcüstanın ötənilki elektrik enerjisi ixracının 5%-i Azərbaycanın payına düşüb


2019-cu ildə Gürcüstan 1,63 mlrd. kilovaat/saat həcmində elektrik enerjisi idxal edib.

Bu barədə Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının illik hesabatında bildirilib.

İllik müqayisədə bu həcm 7,8% artıb.

Hesabata əsasən, idxalın 68%-i Türkiyə, 32%-i isə Rusiyanın payına düşüb.

Sənəddə qeyd olunub ki, ötən illərdə idxalın əhəmiyyətli hissəsini Azərbaycan təmin edib. 2017-ci ildə bu göstərici 61%, 2018-ci ildə isə 82%-ə bərabər olub.

Qonşu ölkənin ixrac etdiyi elektrik enerjisinin həcmi isə illik müqayisədə 2,5dəfə azalaraq 243 mln. kilovaat/saat təşkil edib.

Gürcüstanın ötənilki elektrik enerjisi ixracının 46%-i Türkiyə, 24%-i Rusiya, 24%-i Ermənistan, 5%-i isə Azərbaycana yönəlib.  
(report)

 

Sənaye,
28.05.2020 16:55 485
Teqlər: