Logo

Əhali 1 ayda dava-dərmana - 58 MLN. MANAT XƏRCLƏYİB


Bu ilin yanvar-aprel aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq və tibbi mallara 202,4 mln. manat xərcləyib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 41,7% çoxdur. Təkcə ötən ay əhaliyə 57,7 mln. həcmində əczaçılıq və tibbi mallar satılıb ki, bu da mart ayı ilə müqayisədə 8% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,7%-i əczaçılıq və tibbi malların alınmasına sərf olunub. (Apa)

Maliyyə,
28.05.2020 13:00 1888
Teqlər: