Logo

Azərbaycan dondurma idxalını azaldıb


Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 243,78 min ABŞ dolları dəyərində 86,35 ton dondurma və digər yeyinti buz növləri (tərkibində kakao olan və olmayan) idxal edilib.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Statistikaya əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 1,9 dəfə və ya 211,3 min dollar, miqdar baxımından isə 17% və ya 17,02 ton azalıb.

Qeyd edək ki, idxal olunan məhsulun 115,69 min dolları və ya 43 tonu Rusiyanın, 58,45 min dolları və ya 26,28 tonu isə Ukraynanın payına düşüb. (Apa)

Biznes,
28.05.2020 12:58 1267
Teqlər: