Logo

"Chevron" işçilərin 15%-ni ixtisar edəcək


ABŞ-ın "Chevron" neft şirkəti hazırda davam edən restrukturizasiya çərçivəsində işçilərin 10-15%-ni ixtisar edəcək.

Şirkət bundan əvvəl 2020-ci ildə xərclərin 30% azaldıldığını və neftin qiymətinin kəskin enməsi fonunda bəzi könüllü işçilərin ixtisar edildiyini bildirmişdi.

Neft şirkətinin sözçüsü Veronika Flores-Paniaquanın sözlərinə görə, hazırda "Chevron"nun 45 min işçisi var və bu addımlar "proqnozlaşdırılan fəaliyyət səviyyəsinə" uyğunlaşmaq üçün atılır. O əlavə edib ki, təxminən 4 500-6 750 iş yerinin azaldılması hər bölməyə və bölgəyə fərqli şəkildə təsir edəcək və kəsirlərin əksəriyyəti bu il baş tutacaq.

Qeyd edək ki, bu ilin aprel ayında "Chevron" korporasiyasının törəmə şirkətləri "Azəri-Çıraq-Günəşli" neft yatağı blokunda və Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərindəki səhmlərini Macarıstanın MOL şirkətinə 1,57 mlrd. dollara satıb.

(Apa)

Sənaye,
28.05.2020 12:04 338
Teqlər: