Logo

BRAND AMBASSADOR?MARKA ELÇİSİ? BƏS O KİMDİR?


Biznesin öz təbitəti baxımından yeganə bir istəyi vardır. Daha çox mal satmaq və daha çox qazanmaq!Amma bu günün öz reallığı vardır. Belə ki, şirkətlər daha da genişlənmək, lider markaya çevrilmək, yenilikçi olmaq, müştəri loyallığını möhkəmlətmək, yeni-yeni müştərilər kütləsinin cəlb olunması prosesini qırılmaz zəncirə çevirməkdə israrlıdırlar. Çünki rəqabət inanılmaz dərəcədə gərginləşir və şirkətlər bazar uğrunda mübarizədə bütün mümkün vasitələrdən istifadə etməkdən çəkinmirlər.

Əslində bu cür yanaşma tərzi tam təbiidir və zamanın özünün çağırışına reaksiyanın təcəssümüdür. Fəaliyyətini dinamik inkişafda və hədəfə doğru qətiyyətlə irəliləməkdə görən və belə aydın düşünən iş adamları gec-tez öz istəklərinəqovuşa biləcəkdir.

Bu yöndə qazanılacaq uğurun da hamiya bəlli olan bir yolu var. Sənin göstərmiş olduğun xidmətin və ya satdığın məhsulun özəllikləri barədə biliklər maksimum geniş auditoriyaya çatmış olsun!

Bir şirkət olaraq vermiş olduğun vədlərin qarşı tərəfin, yəni istehlakçının gözləntiləri ilə üst-üstə düşsün və mesajların səmimiliyi ilə müştərini emosional tellərlə markaya bağlaya bilsin. Bu addımları mal və ya xidmət istehsalçısı özü birbaşa edə bilmir, çünki onun işi istehsaldır, bazarı mal vəxidmətlərlə zənginləşdirməkdir.

Müştərinin marka sevgisi, markaya bağlantısı isə kommunikasiyanın alət və vasitələri, marketinqin imkan və resursları ilə təmin olunur ki, bunun da məharətlə vəsistemli səfərbər olunması markanın olmalı olduğu yerdə olacağına təminat verə bilir.

Yaxın keçmişdə bu sahədə vəziyyət daha rahat olmuşdur və istehsalçılar az resursla istənilən nəticəni təmin edə bilirdilər. Məsələn, mal və məhsulun yüksək keyfiyyəti markalaşma üçün tam yetərli idi.

Amma müasir mərhələdə mal və məhsulların əksəriyyətinin keyfiyyətiqəbul olunan standarta tam uyğundur. Çünki əsasən eyni istehsal avadanlıqlarından və xammaldan istifadə olunur.

Belə olduqda hansı markaya üstünlük verməli?Bu sualın doğurduğu vəziyyətlə müştəri bu gün hər an üzləşir. Digər tərəfdən, müasir dövrdə Qərb istehlakçısı gün ərzində brendlər barədə bu və ya digər formada, bu və ya digər mənbədən 3000-dən çox informasiya alır.

İndi eyni tipli və oxşar kateqoriyadan olan məhsulların istehsalı ilə çoxlu sayda şirkətlər məşğul olur. İnsanlar praktikada vərəflərdə daha çox sayda markaların yer almasıyla üzləşir ki, bu da müştərini mal seçimi zamanı ciddi dilemmalarla üz-üzə qoyur.

Sel kimi gələn reklam axını və sosial şəbəkədə məsləhətlər, marka barədə ağızdan-ağıza gəzən hekayətlər müştərinin özünü belə müəyyın araşdırmalara sövq edir.

O da öz tərəfindən müqayisələr aparır, təcrübədə gəlmiş olduğu qənaətini sınayır və bu barədə düşüncələrini dost-tanışları ilə bölüşməyə tələsir. Marka barəfə yeni informasiya axını bilavasitə müştərilərin özündən start alaraq, vüsət almaqla geniş yayılır.

Bu baxımdan social şəbəkə ciddi rol oynayır. Pərakəndə satışda, malların və məhsulların tanıdılmasında və irəlilədilməsində bu gün sosial şəbəkə və internet dinamik həvəsləndirici rol oynamaqdadır.

Bax,indi bu format, yəni reklam məcraları ilə deyil,  özünəməxsusluğu ilə diqqəyi cəlb edən şəxsi inandırma önə çıxmağa başladı, məşhurların və ulduzların effektivliyi ilə rəqabət səviyyəsinə yüksəldi. Bu trendə uyğun olaraq,marka vəkili, habelə marka elçisi – brand ambassador deyilən brend təşviqi platforması təşəkkül tapdı.

Marka elçisi kifəyət qədər işlək marketinq terminidir. Mahiyyəti isə markanın irəlilədilməsinin ümumi strategiyası çərçivəsində şirkətin mal və ya məhsul siyasətinin təşviqində rol oynayan insanı təcəssüm etdirir.Bu şəxs şirkətin özü tətəfindən müəyyən olunur. Onun əsas rolu marka populyarlığını daha da dərinləşdirməkdir. Şirkətin istəyi isə belə insanların marka elçiliyi fəaliyyətindən effektif faydalanmaqdan ibarətdir.

Bu tipli insanlar haqqı tam ödənilən və qismən ödənilən iki qrupa ayrılır. Birincilərə marka elçiləri, ikincilərə isə marka vəkilləri deyirlər. Marka vəkiıli daha çox könüllülüyə əsaslanır, onu motivə edən factor isə insanın özünün markaya çoxillik bağlantısından qaynaqlanır. Bu tip insanlar sosial şəbəkədə də çoxdur və onların əsas istəyi markya könüllülk zəminində, əvəzində heç nə ummadan, təşviq dəstəyi göstərməkdir.

Marka elçisi təsadüfi adam ola bilməz, onun uıduz olması da mühüm şərt kimi irəli sürülmür. Ondan tələb olunan məşhurluq deyil, marka sevgisidir, sağlam həyat tərzidir, inandırma bacarığı və səmimlikdir.

Brand ambassador, tam müstəqil deyildir,ilk növbətə, şitkətin marketinq təmsilçisi statusunda fəaliyyətini həyata keçirir. O, bazarda mövcud vəziyyəti və özünün markanın marketinq strategiyasında yerini düzgün anlayan zəngin informasiyaya və məhsul barədə zəruri bilik baqajına malik bir insan kimi hissetməli, habelə brendin siyəstini dərindən anlamalıdır.

Marka elçisi həm də müasir bazaf panoramını dərindən qavrayan, xüsusi təlim keçmiş innovativ insan olmalı, müştərilərlə ünsiyyət zamanş düşdüyü hər cür vəziyyətdən optimal çıxış yolunu tapmağa can atmalı, markanın imicini qoruya bilməlidir.

Digər tərəfdən, marka elçisi xarizmatik insan olmalıdır. Gözəl nitq qabiliyyətinə yiyələnməlidir. Onun şifahi nitq bacarığı və kommunikasiya mədəniyyəti mükəmməl və inandırma ustalığı yüksək olmalıdır, marka barədə söylədikləri müxtəlif səviyyədə olan istehlakçılarda məhsula ciddi maraq oyatmaqla bərabər, həm də sadiqlik üçün etibarlı zəmin yaratmalıdır.

Marka elçisi lider keyfiyyətlərinə yiyələnməlidir. Onun fəaliyyəti yalnız alışa motivasiya etmək deyil, öz işlək ideyaları ilə məhsula emosinal bağlantını qırılmaz tellərlə möhkəmlətməkdir.

Marka elçisi insanlarda inam, etibar, güvən hissləri oyatmalıdır,öz davranşı, həyat tərzi və şəxsi nüfuzuna görə mükəmməl insan olmalıdır. Ona və onun fikirlərinə insanlar etimad göstərmıli və inanmalıdılar.

Marka elçisi həm məhsulu və markanı, həm də istehsalçı ilə istehlakçını sevməlidir. Onlara hörmət bəsləməlidyir, öz sözünün sahibi olmalıdır. Heç kəsi qeyri-səmimiliyə və yalançı marka sevgisinə ruhlandırmamalıdır. O, hər zaman məhsul istehsalçısı və alıçı arasında dialoqa reaksiya verməlidir.

Marka elçisi hər iki tərəfin sevgisini qazanır və bununla da markaya xüsusi nüfuz və imic qazandırır. O, həmişə dialoqa açıqdır, hər zaman iş rejimindədir. Gərəkli olan cavabı anında vetir, bilmədiyini dəqiqləşdirir və tərəflər arasında gizli pərdələr saxlamır.

Marka elçisi texniki biliklətə sahib olmalıdır. Mal və xidmət barəsində mütəxəssis kimi danışmalıdır. Ümumi ifadələrlə məhsula daif sualllara səthi cavab verib yaxasını bir kənara çəkməməlidir.

Marka elçisi özü-özlüyündə istehsalçı ilə istehlakçıarasında etibarlı körpü olmasına baxmayaraq, bü günbarəsində söhbət gedən fotmat popjlyar deyildir. Bizdə isə, marka elçiləri bəlkədə barmaqla sayılası dərəcədə azdır. Mən özüm də bu sahəyə meyl göstərməyimə baxmayaraq, potensial müştərilər tərəfindən təkliflərimin həvəssiz və təşəbbüssüz qarşılandığının şahidi olmuşam.

Sonda onu qeyf edim ki, brend elçisinin fəaliyyətinki uğuru ilk növbədə məhsulun və xidmətin keyfiyyət standartından, müştərilərlə iş xidmətinin yüksək səviyyədə təşkilindən, insanların məhsulun imicinə və populyarlıgına cəlb olunmadinamikasından qaynaqlanır.

Bundan başqa marka elçisinin işinin faydalılığı markanın sosial aktivliyinin miqyasından, habelə, müştəritərəfindən nümayiş etdirilən etimad səviyyəsindən, marka səmimiliyinin təbiiliyindən, emosional və rasional göstəriçilərin optimallıq proporsiyalarından çox asılıdır.

Teymur Məmmədov,

Marketoloq, Adver.az

Marketinq,
10.04.2019 17:13 381
Teqlər: mütəxəssis, marketoloq, ekspert, marketinq, İqtisadiyyat, advermə,