Logo

Paytaxtda orta aylıq əmək haqqı 1000 manatı ötdü


Bakıda orta aylıq əmək haqqı 1000 manatı keçib. 

İqtisadiyyat.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, mart ayının sonuna paytaxtda orta aylıq əmək haqqı 1022,9 manata çatıb. 

Bu ötən ilin eyni dövrü ilə müqayisədə 25,2% artıqdır. Təkcə mart ayında Bakıda orta maaş 65 manat və ya 6,8% yüksəlib. 

Xatırladaq ki, bundan bir ay əvvəl – fevralın sonunda paytaxtda orta maaş 958 manat idi. 

Mart ayından başlayan koronavirus pandemiyası və məhdudlaşdırma tədbirlərinin orta aylıq əmək haqqına təsir edib etmədiyi növbəti aylarda məlum olacaq.

Maliyyə,
23.05.2020 16:48 1326
Teqlər: