Logo

"Ford" Azərbaycanda məşhur modelin istehsalını dayandırır


«Ford» şirkəti özünün daha iki məşhur modelinin istehsalını dayandırmağa qərar verib.

Şirkət  ABŞ-dakı model cərgəsini yeniləyir və bu işlər nəticəsində iki tanınmış modelin istehsalı dayanacaq – bunlar Ford Fusion və Lincoln MKZ-dir.

Bu modellərin son nüsxələri Meksikadakı ermosilyo zavodunun konveyerindən iyulun sonunda çıxacaq. Qeyd edək ki, istehsalı dayandırılan modellərdən biri - Ford Fusion  - Azərbaycanda da son iki il ərxində çox populyarlaşmışdı. Əslində Ford Fusion – Avropa üçün «Mondeo» modelinin amerikan veriyasıdır. Lincoln MKZ isə bu avtomobilin bazasında buraxılan lüks variantdır.

Ləğv edilən modellərin yerini isə yaxın vaxtlarda təqdimatı olacaq kiçik offrouder «Ford Bronco Sport» tutacaq.

Beləliklə, son dəyişiklikləri də nəzərə alanda, «Ford» ənənəvi sedanları daha universal krossoverlər, offrouderlər və pikaplarla əvəz edir.fed.az

Avto,
23.05.2020 15:32 1464
Teqlər: