Logo

ABŞ-da neft hasilatı martdan bəri 20% azalıb


ABŞ-da mayın 20-nə olan neft hasilatı mart ayının pik səviyyəsindən, təxminən, 20% azalıb. Bu, elə Rusiya və Səudiyyə Ərəbistanının OPEC+ sazişi çərçivəsində azaltmağı öhdəsinə götürdüyü hasilat həcminə bərabərdir.

Bu barədə “Financial Times” nəşri “Wood Mackenzie” konsaltinq şirkətinin bölməsinə istinadən məlumat yayıb.

“Wood Mackenzie” konsaltinq şirkətinin bölməsi olan “Genscape” ABŞ-da mayın 20-nə olan neft hasilatının martdakı pik səviyyədən (13,24 milyon barel/gün) 2,3 milyon barel azaldığını bildirib”, - qəzet yazıb.

Xatırladaq ki, mayın 20-də ABŞ Energetika Nazirliyi ölkədə həftəlik hasilatın 100 min barrel azalaraq gündəlik 11,5 milyon barel səviyyəsinə endirildiyini bildirmişdi.

Ümumiyyətlə, OPEC+ ölkələri aprel ayında neft hasilatını may-iyun aylarında gündəlik 9,7 milyon barel, ilin ikinci yarısında 7,7 milyon barel və ardından 2022-ci ilin aprel ayının sonunadək 5,8 milyon azaltmaq barədə razılıq əldə edib. İstinadlar nöqtəsi 2018-ci ilin oktyabr ayının göstəricisi olub. Amma Rusiya və Səudiyyə Ərəbistanı üçün gündəlik 11 milyon barel baza göstərici qəbul edilib və bu göstərici müvafiq olaraq 23%, 18% və 14% həcmində azalacaq. Ən böyük azalmalar da məhz bu iki dövlətin payına düşəcək - əvvəlcə gündəlik 2,51 milyon, sonra isə 2,01 milyon barel.

Birja,
23.05.2020 13:43 243
Teqlər: