Logo

"Hertz Global Holdings" iflas etdi


Avtomobillərin icarəsi üzrə dünyanın ən böyük şirkətlərindən biri olan «Hertz» korrnavirus pandemiyasının növbəti qurbanı olub.

İqtisadi böhran dövründə böyük çətinliklərlə üzləşən şirkət müflisləşdiyini elan edib«Hertz Global Holdings» bu gün elan edib ki, baş ofis və onun ABŞ və Kanadadakı törəmə şirkətləri könüllü şəkildə müflisləşmə və yenidən təşkil olunma barədə müraciət ediblər.

Koronavirusa görə, şirkətin bronları və gəlirləri kəskin azalıb. İflas və yenidən təşkil olunma isə daha dayanıqlı maliyyə strukturu qurmağa imkan verəcək. Hələlik isə «Hertz»in bütün ofisləri açıqdır və müştərilərə xidmət göstərirlər. fed.az

Biznes,
23.05.2020 11:44 573
Teqlər: