Logo

Bu gün Naxçıvanın yeni Baş Naziri bəlli olacaq


Bu gün Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçiriləcək.

Sessiyanın gündəliyinə üç məsələ daxil edilib. 

Bunlar Naxçıvan Muxtar Respublikasının Baş Nazirinin təyin edilməsi, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının seçilməsidir.

Sosium,
23.05.2020 10:21 928
Teqlər: