Logo

Prezidentdən Umayra Tağıyeva ilə bağlı sərəncam


Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. O, Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində xidmətlərinə görə bu ordenə layiq görülüb.

Qeyd edək ki, U.Tağıyeva 1990-cı ildən hidrometeorologiya sahəsində çalışır.

Sənədlər,
22.05.2020 16:18 1699
Teqlər: