Logo

Salyandakı Dövlət Sort-Sınaq məntəqəsində 39 növ taxıl sortu becərilir


Salyanda yaradılan Dövlət Sort-Sınaq məntəqəsində bu il 2 hektar sahədə sınaq üçün 39 növ yüksək reproduksiyalı taxıl növü becərilir ki, bunun da 0,25 hektarı arpa, 1,75 hektarı isə buğdadır.

İqtisadiyyat.Az Fins.az-a istinadən xəbər verir ki, sort-sınaq məntəqəsinin müdiri Balaeyvaz Hüseynov bildirib ki, becərilən 8 növ arpa və hamısı yumşaq növ olmaqla, 31 buğda sortunu 3 il sınaqdan keçirdikdən sonra ən çox məhsul verən sortlar dövlət reyestrinə salınacaq və toxumçuluğu təşkil olunacaq. Hər il olduğu kimi, bu ildə əkin sahələrinə nümunəvi qulluq edildiyindən sahələrdə bol məhsul yetişib. Gələn ayın ortalarından məhsul toplanışına başlanılacaq.

Qeyd edək ki, ötən il sort-sınaq məntəqəsində yetişdirilən arpa sortlarının hər hektarından 33, buğda sortlarından isə 35,3 sentner məhsul götürülüb.

Aqrar,
22.05.2020 15:10 160
Teqlər: