Logo

“Azərbaycan Beynəlxalq Bankı” işçi axtarır – VAKANSİYA


“Azərbaycan Beynəlxalq Bankı” ASC İnsan resurslarının idarə edilməsidepartamentində

Daxili kommunikasiya üzrə mütəxəssis vakansiyasını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşlar üçün yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

  • Daxili kommunikasiya sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi;
  • Daxili kommunikasiya kanallarının idarə edilməsi;
  • Xarici və daxili kommunikasiyalar üçün mətnlərin yazılması və koordinasiyası;
  • Kreativ ideyaların təklif edilməsi;
  • Kommunikasiya prosesinin davamlılığının təmin edilməsi üçün müxtəlif görüşlərin, fokus qrupların və s. keçirilməsi;
  • Müxtəlif layihələrin və tədbirlərin təşkili;
  • Daxili korporativ jurnal üçün mətnlərin yazılması;
  • Bankın əməkdaşları arasında əlaqələndirmə və koordinasiya işinin həyata keçirilməsi

Bizim üçün ideal namizəd:

  • Jurnalistika, kommunikasiya sahəsində ali təhsili olan (arzuolunandır);
  • Azərbaycan dilində mükəmməl yazı və səlis şifahi ünsiyyət bacarıqları olan;
  • Rus dilində yaxşı səviyyədə ünsiyyət və yazı bacarıqları olan;
  • İngilis dilində yaxşı səviyyədə ünsiyyət və yazı bacarıqları olan;
  • Yüksək motivasiya və əla kommunikasiya bacarıqları olan;
  • Yüksək səviyyədə MS Office proqramlarında işləmə bacarığı olan bir şəxsdir

Axtardığımız namizəd Sizsinizsə, CV-nizi  19.06.2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

 

 

Vakansiya,
22.05.2020 14:21 154
Teqlər: