Logo

İlin əvvəlindən Mərkəzi Bank- 26 VALYUTA HƏRRACI KEÇİRİB


Birinci rübdə Mərkəzi Bankda 26 valyuta hərracı keçirilib.

İqtisadiyyat.Az Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”na istinadla xəbər verir ki, 3 ayda bankda Dövlət Neft Fondunun valyuta satışlarının həyata keçirilməsi üzrə hərracların təşkili davam etdirilib. Rüb ərzində həm qrafikə uyğun, həm də qrafikdən kənar hərraclar təşkil olunub. Qrafikdən kənar hərracların təşkili mart ayında valyutaya tələbin kəskin artması ilə bağlı olub. Hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl “Bloomberg” terminalı vasitəsilə bazar iştirakçılarına elan edilib. Aprel ayından valyuta bazarında tələbin azalması və stabilləşməsi müşahidə olunur.

Bank,
22.05.2020 11:31 477
Teqlər: