Logo

Britaniyada pandemiyadan sonra turizmin taleyi necə olacaq?


Böyük Britaniyada koronavirus pandemiyasından sonra turizmin necə dəyişəcəyi açıqlanıb.

ATOR xəbər verir ki, turistlər yeni turizm formatlarına yönəldilir.

İngiltərədə məhdudiyyətlərin tədricən qaldırılmasından sonra turizm xidmətləri dəyişəcək.

Bu barədə danışan rusiyalı ekspert Tatyana Xoreşokun fikrincə, turizm xidmətindəki dəyişikliklərdə əsas aparıcı amil qonaqların təhlükəsizliyi olacaq.

Xüsusilə, sosial məsafəni qorumaq, sanitariya tələblərinə riayət etmək - maskalar taxmaq lazımdır. Hotellərdə və restoranlarda yerləşdirmə və dezinfeksiya prinsipləri dəyişəcək.

Təhlükəsizliyini göstərəcək turizm məhsullarına daha çox tələbat olacaq. Hər şeydən əvvəl kiçik, əsasən ailə qruplarında fərdi turlar və səyahətlər təşkil ediləcək.

Buna görə, Birləşmiş Krallıqda əsas diqqət böyük avtobuslara deyil, kiçik qruplarda edilən səyahətlərə veriləcək. İcarəyə götürülən avtomobillərə və 15 nəfərlik mini mikroavtobuslarda turlara tələbat artacaq.

Koronavirusdan sonrakı mərhələdə tələb turistlərin Britaniyada yerləşməsinə də təsir edəcək.

Turizm,
22.05.2020 23:29 151
Teqlər: