Logo

Bakının Moskva prospektində yeni park salınacaq


Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” ASC paytaxtın Yasamal rayonunun Moskva prospektində (Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının arxasında) istifadəsiz qalmış 4 hektar ərazidə yeni istirahət parkının salınması üçün layihə-smeta sənədlərinin hazırlanmasına dair açıq tender elan edib.

İqtisadiyyat.Az Fins.az-a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.

Sosium,
22.05.2020 11:26 278
Teqlər: