Logo

Əmtəəlik elektrik enerjisi istehsalı 8,3 milyard kilovat/saat olub


Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 8 milyard 606 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Ondan əmtəəlik 8 milyard 340,4 milyon kilovat/saat elektrik enerjisi alınıb.

Dövlət Statistika Komitəsindən verilən  həmin həcmin 7 milyard 959,8 milyon kilovat/saatı istilik, 334,1 milyon kilovat/saatı su, 12,9 milyon kilovat/saatı günəş, 33,6 milyon kilovat/saatı isə külək elektrik stansiyalarında istehsal olunub.

Sənaye,
22.05.2020 21:00 231
Teqlər: