Logo

Milli valyutada olan əmanətlər nə qədər olub ?- MƏBLƏĞ


Mərkəzi Bankın məlumatına görə, aprelin 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği mart ayı ərzində 442,7 milyon manat azalaraq 8 milyard 251,7 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, əmanətlərin 55,1 faizi xarici, 44,9 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 12,3 faiz artıb, xarici valyutada əmanətlər isə 9,8 faiz azalıb.

Aprel ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya 1,85 (1,87) manata, 100 rus rubluna 2,27 (2,49) manata bərabər olub.

Bank,
22.05.2020 09:00 540
Teqlər: