Logo

Bakıda çirklənmənin azaldığı ərazilər açıqlandı - RƏSMİ


“May ayında karantin rejiminin yumşaldılmasından sonra atmosferdə çirkləndirici maddələrin miqdarı artıb”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, artımın miqdarı aprel ayı ilə müqayisədə 30-35 faiz təşkil edir.

“Bakı şəhərinin xüsusilə nəqliyyatın daha sıx olan nöqtələri - Neftçilər, Nobel, Qara Qarayev, Heydər Əliyev prospektlərində, Ukrayna dairəsində aparılan ölçü işləri göstərir ki, aprel ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə, havada olan çirkləndiricilərin miqdarı 45-50 faiz azalıb”, - deyə U.Tağıyeva qeyd edib.

Sosium,
21.05.2020 17:45 1041
Teqlər: