Logo

Azərbaycanda günəş enerjisi istehsalı 6%-dən çox artıb


Bu ilin yanvar-aprel aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 727,8 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14%-lik artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 2,5artaraq 99,9milyon manat təşkil edib.

Ötən dörd ay ərzində Azərbaycanda 8,milyard kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2019-cu ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 4,7% çoxdur.

Bunun 334,1 milyon kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2019-cu ilin yanvar-aprel aylarının göstəriciləri ilə müqayisədə 25,6% azdır.

Bunun 8 milyard kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2019-cu ilin 4 ayının göstəriciləri ilə müqayisədə 7% çoxdur.

Hesabat dövründə Azərbaycanda 33,6milyon kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2019-cu ilin 4 ayının göstəriciləri ilə müqayisədə 17% azdır.

Yanvar-aprel aylarında ölkədə 12,9milyon kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin yanvar-aprel aylarının göstəricisi ilə müqayisədə 6,1çoxdur.

Sosium,
21.05.2020 17:05 242
Teqlər: