Logo

Yeni “iPhone”da qulaqlıq olmayacaq


Payıza planlaşdırılmış “iPhone 12” istehsal xəttinin smartfonları pulsuz qulaqlıqla təchiz edilməyəcək. Bu haqda insayder Min-Çi Konun hesabatına istinadən “9to5mac” nəşri yazıb.

“Apple” şirkəti 2020-ci ildən başlayaraq öz smartfonlarını pulsuz simli “EarPods” qulaqlıqlarından məhrum edəcək. Min-Çi Konun fikrincə, “Apple” şirkətinin “AirPods” qulaqlıqlarının satış həcmini yüksəltmək üçün nəzərdə tutulmuş yenilənmiş siyasəti səbəbindən yeni “iPhone” cihazları pulsuz qulaqlıqdan məhrum olacaq.

Xatırladaq ki, 2016-cı ildə şirkət aktual “iPhone 7” və “7 Plus” smartfonlarını qulaqlıqlar üçün portdan məhrum etmişdi və bunu suyun düşməsindən qoruma ilə izah etmişdi. Əvəzində komplektə “Lightning” konnektorundan istifadə edən “EarPods” əlavə etmişdilər. Həmçinin “iPhone” qutularına yeni smartfonlarda köhnə tip qulaqlıqlardan istifadəyə imkan verən adapter yerləşdirilmişdi.

İKT,
21.05.2020 23:05 379
Teqlər: