Logo

Azərbaycan avtomobil istehsalını 54% artırıb


Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 124,8 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. 

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 4,7 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 35,1% artıb, maşın və avadanlıqların istehsalı isə 23,8% azalıb. 

Yanvar-aprel aylarında Azərbaycanda 672 ədəd minik avtomobili istehsal olunub ki, bu da illik müqayisədə 54,1% çoxdur. Bu il mayın 1-nə ölkədə 218 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin ötən dövrü ərzində ölkədə 105 ədəd traktor da istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 73,9% azdır. Bu il mayın1-nə ölkədə 281 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu il ərzində ştanqlı quyu nasoslarının istehsalı isə 43,8% artıb.

Avto,
21.05.2020 16:51 318
Teqlər: