Logo

Azərbaycanın magistral kəmərləri ilə qaz nəqli 13% artıb


Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 11,177 mlrd. kubmetr qaz nəql edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, magistral qaz kəmırləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,1% artım müşahidə olunub. 

Qazın nəqlinin 35,5%-i BakıTbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 3,969 mlrd. kubmetr qaz ötürülüb. Bu isə ötən ilin müvafiq dövründən 16,8% çoxdur.

Sənaye,
21.05.2020 16:35 168
Teqlər: