Logo

Ermənistanda koronavirusa yoluxanların sayı yenidən artıb


Ermənistanda koronavirusa yoluxanların sayı 5 606 nəfərə çatıb.

Redaktor.az-ın məlumatına görə, son sutka ərzində 335 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 3 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 70 nəfər koronavirusdan ölüb, 2 955 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

Dünya,
21.05.2020 22:32 272
Teqlər: