Logo

Pandemiya dövründə qeydə alınan yeraltı təkanların SAYI AÇIQLANDI


“Pandemiya dövründə seysmik stansiyalar vasitəsi ilə 1751 yeraltı təkan qeydə alınıb”. 

Fins.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib. O bildirib ki, Azərbaycan və ona bitişik ərazilərdə 1195 zəlzələ baş verib:

“Azərbaycan və ona bitişik ərazilərdə maqnitudası ml≥3 10 zəlzələ qeydə alınıb və həmin zəlzələlərin 4-ü hiss olunan olub. Pandemiya dövrü ərzində Böyük Qafqazın cənub-şərq hissəsində (Oğuz-Qəbələ, Şamaxı, Siyəzən, Quba ərazilərində) seysmik aktivliyin artımı qeydə alınıb. Talış dağlıq zonasında, Samux ərazisində aktivlik fon səviyyəsindən yüksək olub. Xəzər akvatoriyasında seysmiklik fon səviyyəsində olub. İran-Türkiyə sərhəddində baş vermiş güclü təkandan sonra afterşoklar davam edir.  Seysmikliyin fon səviyyəsindən yüksək olması müşahidə olunur”.

RSXM-nin baş direktoru onu da bildirib ki, emal olunan məlumatlar əsasında ayrı-ayrılıqda kataloqlar tərtib olunur. Bu kataloqlarda zəlzələ ocaqlarının  parametrləri göstərilir: “Eləcə də emal olunan məlumatlar məlumat bazasına  toplanır və arxivləşdirilir. Kataloq əsasında Azərbaycan və ona bitişik ərazilərdə seysmikliyin analizi aparılır. Həmçinin büro tərəfindən maqnitudası ml≥3.0 olan zəlzələlər aidiyyatı olan orqanlara göndərilir. Maqnitudası 3 və 3 -dən yuxarı olan zəlzələlər haqqında məlumatlar, həmçinin Azərbaycana bitişik ərazilərdə baş verən və bizim sərhədyanı bölgələrdə hiss olunan zəlzələlər haqqında məlumatlar mütəmadi olaraq mərkəzin www.seismology.az   saytında yerləşdirilir. Maqnitudası ml≥2.0 olan zəlzələlər bülleten formatında Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi saytına göndərilir". 

Ekologiya,
21.05.2020 16:28 347
Teqlər: