Logo

Türkiyə cari ildə 3,5 milyard kubmetr Azərbaycan təbii qazı alıb


Yanvar-aprel aylarında Türkiyə Azərbaycandan 3,5 milyard kubmetr qaz idxal edib.

Energetika Nazirliyindən bildirilib ki, bu həcm 2019-cu ilin müvafiq dövrünə nisbətən 23,6 faiz çoxdur.

Xatırladaq ki, keçən il qardaş ölkənin Azərbaycandan təbii qaz idxalının həcmi 9 milyard 593 milyon kubmetr olub.

Türkiyə Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir.

Sənaye,
21.05.2020 21:30 348
Teqlər: