Logo

Bu rayonda 1326 ton ət, 9087 ton süd, 3018 min ədəd yumurta istehsal olunub


Astara rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən biri heyvandarlıqdır. Ölkəmizdə aqrar sektorda işləyənlərə göstərilən dövlət dəstəyi rayonda heyvandarlığın inkişafı üçün geniş imkanlar yaradıb.

Astara Rayon Statistika İdarəsindən Fins.az-a verilən məlumata görə, mayın 1-nə rayonda diri çəkidə 1326 ton ət, 9087 ton süd, 3018 min ədəd yumurta istehsal olunub. Rayonda ət istehsalı 2,3 faiz (30 ton), yumurta istehsalı isə 6000 ədəd artıb.

Qeyd edək ki, Astara rayonunda 40 min 454 baş iribuynuzlu, 22 min 556 baş davar var.

Aqrar,
21.05.2020 20:30 334
Teqlər: