Logo

Azərbaycanda obyektlərdəki karantin rejimi YOXLANACAQ


Azərbaycanda sahibkarlıq subyektlərində xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə nəzarət məqsədilə monitorinqlər keçiriləcək.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bununla bağlı fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyində Bakı şəhəri üzrə 12, iqtisadi rayonlar üzrə 8, sənaye müəssisələri üzrə 2 olmaqla 22 monitorinq qrupu yaradılıb. 

Sosium,
21.05.2020 15:20 637
Teqlər: