Logo

“Dərs vaxtı”nın sabaha olan cədvəli AÇIQLANDI


Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı”nın mayın 22-nə olan cədvəli açıqlanıb.

Nazirlikdən verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da – Fiziki tərbiyə; 10:10-da XI sinif – Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix, Ədəbiyyat; 11:15-də X sinif - Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix; 12:15-də IV sinif – Azərbaycan dili, Musiqi, İnformatika-Rəqəmsal bacarıqlar; 12:45-də III sinif – Azərbaycan dili, Riyaziyyat, Musiqi; 13:25-də II sinif – Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi; 13:50-də I sinif şagirdlərinə Riyaziyyat və Həyat bilgisi dərsləri olacaq. 

Rus dili bölməsi üçün sabah saat 14:10-da – Rus dili, Riyaziyyat, Həyat bilgisi, İnformatika-Rəqəmsal bacarıqlar; 14:50-də VIII sinif – Kimya, Biologiya, Coğrafiya, İnformatika-Rəqəmsal bacarıqlar; 15:25-də IX sinif şagirdlərinə Kimya, Biologiya və Coğrafiya dərsləri olacaq.

Təhsil,
21.05.2020 11:59 248
Teqlər: