Logo

“Apple” koronavirusa yoluxmuş insanları izləyən tətbiq təqdim edib


Mayın 20-də “Apple” koronavirusun yayılması və yoluxmuş insanların izlənilməsi ilə bağlı olan tətbiqin işə başladığını elan edib. Banker.az xəbər verir ki, bu barədə CNET məlumat verib.

Şirkətin qeyd etdiyi kimi, bir sıra ölkələr və amerikan ştatları bu tətbiqə maraq göstərməyə artıq başlayıblar: Şimali Dakota, Alabama və Cənubi Karolina.

Yeni tətbiq istifadəçinin mümkün əlaqələrini göstərəcək. Bu sistemin yeni yoluxanları aşkarlamağa kömək edəcəyi güman edilir. Belə ki, bəzən xəstəlik simptomsuz keçir və bu halda insan koronavirusun daşıyıcısı olduğunu başa düşmür. Tətbiq səhiyyə sisteminin yükünü azaldaraq, bu suala cavab verməyə kömək edəcək.

Bununla yanaşı, şəxsi məlumatların təhlükəsizliyi məsələsi hələ də sual altındadır.

Xatırladaq ki, ötən həftə “Facebook” koronavirus ilə əlaqədar olaraq şəbəkəyə yeni funksiya əlavə etdiyini açıqlamışdı – qrup şəklində videozəng. Eyni addımı “WhatsApp” da atıb, videokonfrans iştirakçılarının sayı dörd nəfərdən səkkiz nəfərədək artırılıb.

İKT,
21.05.2020 10:45 874
Teqlər: