Logo

Astaranın 3 kəndi elektrik enerjisi ilə təmin olunub


Astara rayonunun 3 yaşayış məntəqəsi – Diqo, Dolu və Sekaşan kəndləri elektrik enerjisi ilə təmin olunub.

Bu barədə “Azərişıq”ASC-dən bildirilib. Verilən məlumata görə, qeyd olunan yaşayış məntəqələrində elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi və dayanıqlılığını artırmaq məqsədilə müasir elektrik enerji sistemi qurulub.

Kəndlərdə yeni komplekt transformator məntəqəsi yaradılıb,elektrik kabel xətləri çəkilib, həmçinin yeni dayaqlar quraşdırılıb.

Sənaye,
21.05.2020 09:29 255
Teqlər: