Logo

ABŞ və Avropa fond bazarında əsas səhmlər bahalaşıb


Amerika fond bazarında "Dow Jones" indeksi 1,52% - 24 575,90 bəndədək, "S&P 500" indeksi 1,67% - 2 971,61 bəndədək, NASDAQ isə 2,08% - 9 375,78 bəndədək artıb.

İqtisadiyyat.Az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 1,08% - 6 067,16 bəndədək, Almaniya DAX-ı 1,34% - 11 223,71 bəndədək, Fransa CAC-40-ı isə 0,87% - 4 496,98 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 8,70 ABŞ dolları ucuzlaşaraq 1 743,40 dollara, gümüşün unsiyasının qiyməti isə 0,30 dollar azalaraq 17,73 dollara satılıb.

Birja,
21.05.2020 09:08 112
Teqlər: