Logo

Rusiyada turizm mövsümü açılır


Rusiyada turizm sahəsi iyunun 1-dən mərhələli şəkildə karantindən çıxmağa başlaya bilər.

Bu barədə “Moskva 24” agentliyi “Rosturizm”ə istinadla məlumat yayıb.

Bildirilir ki, başqa ölkələrə səyahət etmək barədə danışmaq hələ tezdir. Əvvəlcə tibbi lisenziyası olan kurortlar işini bərpa edəcək. Daha sonra insanların ayrıca kotteclərdə yaşayacaqları və başqaları ilə az təmasda olduqları hotellər açılacaq.

Rusiya Turizm Operatorları Birliyinin icraçı direktoru Maya Lomidze koronavirus epidemiyasından sonra istirahətin necə dəyişə biləcəyindən danışıb. Onun sözlərinə görə, vətəndaşlar sosial məsafəyə riayət etməyə borcludurlar. Hotellərin yerləşməsinə və bir otaqdakı sakinlərin sayına məhdudiyyətlər tətbiq edilə bilər. Təyyarələrdə sərnişinlər bir-birindən aralı yerləşdiriləcəklər.

Maya Lomidze insanlardan koronavirusun olmaması haqqında arayış tələbinin məcburi olacağına şübhə edir. O hesab edir ki, belə bir sənəd bir neçə saat ərzində aktuallığını itirə bilər.

 

 

 

 

 

 

 

Turizm,
21.05.2020 09:02 188
Teqlər: