Logo

Bu avtobusların hərəkət istiqamətləri dəyişdirilidi


Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində təmir-tikinti işlər ilə əlaqədar olaraq yolun bağlanması səbəbindən 91,92 və 202 nömrəli marşrutun hərəkət istiqamətləri müvəqqəti olaraq dəyişdirilib.

91 nömrəli marşrut
İstiqamət:

Biləcəri qəs.: Biləcəri qəsəbəsi daxili alternativ küçələrlə fəaliyyəti təşkil edilib.

92 nömrəli marşrut
İstiqamət:
Biləcəri qəs.: Biləcəri enişi - Natavan küçəsi - Yəhya Hüseynov küçəsi (Biləcəri meydanı) - Bakı-Sumqayıt şosesi - Dairəvi küçə daha sonra öz xətti üzrə.

202 nömrəli marşrut
Son dayanacaq məntəqəsi: Asəf Zeynallı küçəsi (Ağ saray şadlıq sarayı)

Nəqliyyat,
20.05.2020 17:33 1050
Teqlər: