Logo

Türk bankı tarixi YENİLİK ETDİ! Qətərdə bankçılıq fəaliyyətinə başlayır


Türkiyənin tanınmış bankı “VakıfBank”ın Qətər Maliyyə Mərkəzi Tənzimləmə Palatasına bankçılıq lisenziyası ilə bağlı müraciətinə müsbət cavab alıb.

“VakıfBank” artıq bu ölkədə bankçılıq fəaliyyətinə başlamaq üzrədir.

İqtisadiyyat.Az bildirir ki, bununla bağlı bankdan BloombergHT-ə bildirilib.

Bununla da Türkiyə bankı Qətərdə fəaliyyət göstərəcək ilk və tək Türk bankı kimi tarixə düşür.

Bank İdarə Heyəti sədri deyib ki, Qətərlə yanaşı, Çində pandemiyanın bitməsindən sonra, orada da yeni bankçılıq imkanlarını nəzərdən keçirməkdir.

Qeyd edək ki, bu gün Türkiyə Mərkəzi Bankı açıqlayıb ki, Qətərlə 15 milyard dollar ekvivalentində svop, yəni mübadilə əməliyyatı baş tutub. Banker

Dünya,
20.05.2020 17:03 898
Teqlər: