Logo

Walmart”ın gəlirləri 9% artıb


Bu ilin I rübündə ABŞ-ın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan “Walmart”ın gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 8,6% artaraq 134,6 milyard ABŞ dollarına çatıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Hesabat dövründə şirkətin ümumi satışları 10%, o cümlədən onlayn satışları 74% artıb.

“Koronavirus (COVID-19) pandemiyası şirkətin satışlarına əhəmiyyətli dərəcədə təsir göstərib, görünməmiş tələblə qarşılaşmışıq”, - deyə “Walmart”dan bildirilib. 

Qeyd edək ki, hesabat dövründə ən çox qida və sağlamlıq məhsulları üzrə satışlarda artım müşahidə olunub. 

Biznes,
20.05.2020 21:30 252
Teqlər: