Logo

Azərbaycana 4,8 milyon dollarlıq ətir gətirilib


Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 4 milyon 792,4 min ABŞ dolları dəyərində 435,29 ton ətir və tualet suyu idxal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, idxal dəyər ifadəsində 5,6% azalıb, miqdar baxımından isə 42,3% artıb.

İdxal əməliyyatlarının 1 milyon 560,16 min dolları (21,72 ton) Fransadan, 489,14 min dolları (7,74 ton) İtaliyadan, 457,69 min dolları (60,16 ton) Türkiyədən, 456,33 min dolları(215,8 ton) Çindən, 272,23 min dolları (2,07 ton) Böyük Britaniya və Şimali İrlandiyadan, 259,85 min dolları (23,76 ton) Polşadan, 247,49 min dolları (15,3 ton) Birləşmiş Ərəb Əmirliklərindən, 239,04 min dolları (7,76 ton) İspaniyadan həyata keçirilib.

Hesabat dövründə ölkədən 300,81 min dollar dəyərində 2,71 ton ətir və tualet suyu ixrac olunub ki, bu da müvafiq olaraq 14,4 dəfə və 38,7 dəfə artıb.

Qeyd edək ki, ötən ilin I rübü ərzində ölkəyə 5  milyon 74,61 min dollar dəyərində 306,01 ton eyniadlı məhsul idxal olunub. İxrac isə 20,86 min dollar dəyərində olmaqla 0,07 ton təşkil edib. APA

Biznes,
20.05.2020 15:36 907
Teqlər: