Logo

Həmyerlimiz Rusiyada təyinat aldığı vəzifəsindən ayrıldı


Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirinin müavini Azər Talıbov vəzifəsindən azad edilib.

“RİA Novosti” agentliyi xəbər verir ki, sərəncam Rusiya Federasiyasının rəsmi hökumət portalında dərc edilib.

Məlumat üçün bildirək ki, Azər Talıbovun öz ərizəsi əsasında vəzifəsindən azad olunduğu bildirilir. Həmyerlimiz 3 ildir ki, bu vəzifədə çalışırdı.

“İnterfaks” isə bildirir ki, A.Talıbov bu gündən “Roseksimbank”a rəhbərlik edəcək.

Dünya,
20.05.2020 14:39 907
Teqlər: