Logo

Sabirabadda ət və süd istehsalı artıb


Sabirabad rayonunun ayrı-ayrı heyvandarlıq və fərdi təsərrüfatlarında 354 min 352 baş heyvan saxlanılır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 min 335 baş çoxdur.

Təsərrüfatlarda mal-qara və davarların baş sayının artırılması ət və süd istehsalına da güclü təkan verib. Cari ilin ötən ayları ərzində rayonda 6 min 281 ton ət (diri çəkidə), 39 min 306 ton süd istehsal edilib. Bu, ötən ilin dörd ayı ərzində istehsal olunan ətdən 113 ton, süddən isə 365 ton çoxdur.

Aqrar,
20.05.2020 13:54 306
Teqlər: