Logo

Ölkədə tələbələrin attestasiyadan keçirilməsi qaydası açıqlandı - RƏSMİ


“Nazirlər Kabinetinin imzaladığı qərara əsasən, əgər tələbə tədris planını tamamlayıbsa, eyni zamanda, akademik borcu yoxdursa, attestasiyadan keçmiş sayılacaq”.

Bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarı ilə bağlı sualları cavablandırarkən deyib.

O qeyd edib ki, attestasiya tələbələrin ümumi orta müvəffəqiyyət göstəricisinə əsasən aparılacaq:

“Bəzi ixtisaslarda buraxılış işinin müdafiəsi var və tələbə buraxılış işini universitetə təqdim etməlidir. Buraxılış işini təqdim edən tələbə ona təklif olunan ümumi orta müvəffəqiyyət göstəricisi ilə razılaşmasa, onun hüququdur ki, universitetə müraciət etsin. Bundan sonra tələbə qiymətini yaxşılaşdırmaq üçün buraxılış işini müdafiə edə biləcək”.

Təhsil,
20.05.2020 12:57 308
Teqlər: