Logo

Qaçqın statusu ilə bağlı müraciətlərin qəbuluna yenidən başlanıldı - RƏSMİ


“Pandemiyanın ən çox təsir etdiyi sahələrindən biri də miqrasiyadır. Çünki olduqları məkanı dəyişmək istəyən şəxslər heç yerə çıxa bilmirlər”.

İqtisadiyyat.Az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov pandemiya dövründə Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti və ölkəmizdə olan əcnəbilərə göstərilən xidmətlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Pandemiya dövründə readmissiya məsələsi dayandırılıb:

“Sərhədlər bağlanan gündən bu məqsədlə heç kim geri qaytarılmayıb”. 

O qeyd edib ki, ölkəmizdə qaçqın statusunun əldə edilməsi müəyyən müddətdə dayandırılıb: “Artıq bu istiqamətdə müraciətləri qəbul edirik”.

Sosium,
20.05.2020 11:37 915
Teqlər: