Logo

Naxçıvanda verilən kreditlər - 2 DƏFƏDƏN ÇOX ARTIB


Bu ilin ilk 4 ayında Naxçıvanda verilən kreditlər kəskin artıb.

FED.az Muxtar Respublikanın Satistika Komitəsinə istinadən məlumat verir ki, yanvar-aprel aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 52 milyon 113 min 800 manat məbləğində kreditlər verilb.

Bu bir il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur. Verilmiş kreditlərin 7 milyon 826 min 800 manatı və yaxud 15 faizi qısamüddətli, 44 milyon 287 min manatı və yaxud 85 faizi uzunmüddətli kreditlər olmuşdur.

Maliyyə,
20.05.2020 11:26 285
Teqlər: