Logo

Ramazan bayramında karantin qaydaları sərtləşdirilə bilər? – RƏSMİ AÇIQLAMA


TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada yayımlanan “Diqqət Mərkəzi” verilişində qarşıdan gələn Ramazan bayramı günlərində karantin qaydalarının sərtləşdirilməsi ilə bağlı danışıb.
Yeniavaz.com xəbər verir ki, qurum rəsmisinin sözlərinə görə, bu barədə konkret olaraq bayram öncəsi məlumat veriləcək:
“Türkiyənin bu barədə təcrübəsi var. Onlara şənbə və bazar günlərində bəzi məhdudiyyətlər qoyulur.Çünki insanlar kütləvi olaraq toplaşırlar, piknik edirlər. İnsanların belə kütləvi şəkildə toplaşması da yoluxmaların sayını artırır. Buna görə də azalma məqsədi ilə bəzi məhdudiyyətlər gətirilir. Bu bizim də gündəmimizdədir. Çox güman ki, bayram öncəsi bu məsələlərə aydınlıq gətiriləcəkdir”. 

Sosium,
20.05.2020 10:30 943
Teqlər: