Logo

"Azərbaycanda keçirilən bəzi toylar faciədir" - Millət vəkili


"Bəzi şadlıq evlərində deyilir ki, burada stulun qiyməti, 150 manatdır, daha ucuz toy keçirə bilməzsən, bu qudurğanlıqdır".
İqtisadiyyat.Az xəbər verir ki, bu sözləri Millət vəkili Sabir Rüstəmxanlı İctimai televiziyada yayımlanan "Sabaha saxlamayaq" verilişində deyib. O bildirib ki, əvvəllər Bakı toyları çox sadə keçirilirdi:
"İndi gedirsən toyda 5 saat oturursan, həddən çox yemək-içmək, heç kəs bir-birini dinləmir, gurultu, səs-haray, bu nə toydur? Toy ailə, dost, yaxınlar arasında sadə olmalıdır. Bir çox halda ev yiyəsi restoran sahiblərinə borclu çıxır. Bu nə faicədir, adam da heç özünə belə faciəni rəva görər? Hətta, əhalinin ən kasıb zümrəsi belə deyir ki, mən axşam saat 7-ə qədər yas verəcəm. Bu nə xəstəlikdir?”.
 

Sosium,
20.05.2020 10:40 781
Teqlər: