Logo

Yay aylarında xarici ölkələrə səfərə gedə biləcəyik? – RƏSMİ AÇIQLAMA


TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada yayımlanan “Diqqət Mərkəzi” verilişində Azərbaycanın xarici ölkələrlə sərhədlərini açması və vətəndaşlara turistik səfərlərə icazə verilməsi məsələsinə aydınlıq gətirib.
Yeniavaz.com xəbər verir ki, qurum rəsmisi Vasif Əliyev sözügedən məsələnin müzakirəsinə iyun ayında başlanılacağını bildirib.
“Artıq iyun ayından etibarən Azərbaycanın xarici ölkələrlə sərhədlərini açması və vətəndaşlara turistik səfərlərə icazə verilməsi məsələsi müzakirə olunacaq. Lakin vətəndaşların gedəcəyi ölkə və həmin ölkədəki pandemiyanın vəziyyəti vacibdir. Məsələn, İtaliya turistik ölkədir, iqtisadiyyatı tam turizm üzərində qurulub. Bu baxımdan İtaliya iqtisadiyyatı bərpa etmək məqsədi ilə turizm sezonunu açmaq niyyətindədir. 
Ancaq Azərbaycanda turizmin açılması ölkə iqtisadiyyatını dirçəltməklə yanaşı, insanlanların sağlamlığını təhlükə altına qoya bilər. Azərbaycan vətəndaşlarının gedəcəyi ölkədəki pandemiyanın vəziyyətindən asılı olaraq yaxın günlərdə müzakirə aparılıb qərar veriləcək. Lakin hər hansı bir ölkəyə gedən vətəndaşlarımız qayıtdıqdan sonra karantində saxlanılmalıdır. Bu baxımdan turistik səfərin həmin vətəndaşın işinə hansı formada yarayacağı da başqa bir məsələdir”- deyə, V.Əliyev qeyd edib.

Turizm,
20.05.2020 10:15 838
Teqlər: